Xəzər Xəbər

Sinqapur gəmilərin qeyri-qanuni hərəkətinə görə Malayziyaya xəbərdarlıq edib

Dünya | 09:16 • 7 Dekabr 2018
Sinqapur gəmilərin qeyri-qanuni hərəkətinə görə Malayziyaya xəbərdarlıq edib

Sinqapurun hakimiyyət orqanları Malayziyaya Cohor ştatındakı limanda dəniz sərhədlərini birtərəfli qaydada pozmasına və gəmilərinin bu ölkənin ərazi sularına daxil olmasına görə xəbərdarlıq edib.


AZƏRTAC xəbər verir ki, nəqliyyat naziri Khu Bun Vanın bu barədə bəyanatı "The Straits Times” qəzetinin dekabrın 7-də dərc edilən nömrəsində yayımlanıb.


"Malayziya gəmilərinin bu təcavüzkar hərəkətlərinə baxmayaraq, Sinqapur tərəfi hələlik heç bir tədbir görməyib. Buna baxmayaraq, ehtiyac yaranacağı təqdirdə ölkənin ərazi bütovlüyünün və suverenliyinin qorunması üçün lazım olan bütün tədbirlər görüləcək”, - deyə nazir bildirib.

Xəbər lenti