Xəzər Xəbər

Makronun qurduğu hökumət dağıla bilər

Dünya | 16:01 • 6 Dekabr 2018
Makronun qurduğu hökumət dağıla bilər

Fransa parlamenti hökumətə etimadsızlıq göstərmək barədə razılığa gəldi

Fransa parlamentində solçular hökumətə etimadsızlıq haqqında məsələni nəzərdən keçirmək barədə razılığa gəliblər. Bu barədə "BFMTV" məlumat yayıb.

Telekanalın məlumatına görə, sosialistlər, kommunistlər və "Təslimolunmaz Fransa" partiyasının üzvləri sözügedən məsələni səsverməyə çıxarmaqla bağlı razılaşıblar.

Qeyd edək ki, Fransa hökuməti "sarı jiletlilər"in keçirdiyi genişmiqyaslı aksiyalardan sonra yanacağa vergilərin artırılması ilə bağlı moratariuma (ləngitmə, təxirəsalma) gedib./faktxəbər

Xəbər lenti