Xəzər Xəbər

Aralıq dənizində faciə 12 ölü, 3 itkin

Dünya | 14:32 • 6 Dekabr 2018
Aralıq dənizində faciə

12 nəfər ölüb, 3 adam itkin düşüb.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.

İOM--un məlumatında bildirilir ki, Liviyanın Mısrata şəhərinə yaxın dəniz sularında 10 gündür çətin durumda qalan rezin qayıq batıb. Faciə nəticəsində 12 nəfər həyatını itirib, 3 adam itib.

Xilas edilən 10 qaçqından 4-ü özəl xəstəxanaya yerləşdirilib, 6-sı isə nəzarət mərkəzinə götürülüb.

AzNews.az

Xəbər lenti