Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qudası, "Surb Qriqor Lusavoriç” tibb mərkəzinin keçmiş direktoru Ara Minasyana məxsus bank hesabları dondurulub, əmlakına isə həbs qoyulub.
Xezerxeber.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Minasyan 2016-cı ildən 2017-ci ilin sentyabr ayınadək dövlət büdcəsindən tibb mərkəzinə ayrılan külli miqdarda maliyyə vəsaitlərini ələ keçirməkdə ittiham olunur.