Xəzər Xəbər

Yunanıstan kosmetika istehsalını bərpa edir

Dünya | 09:11 • 6 Dekabr 2018
Yunanıstan kosmetika istehsalını bərpa edir

Yunanıstan Ticarət Və Sərmayə Agentliyinin "Enterprise Greece” məruzəsinə əsasən yunan kosmetika istehsalçıları istehsalı bərpa edəcəklər.


Buna əsas səbəb kimi dünyada bu sahənin getdikcə inkişaf etməsi göstərilir. Ölkədə baş verən iqtisadi böhran nəticəsində 120 kosmetika istehsalçısı daxili bazarda bu məhsulların satışının 40 faiz azaldığını müşahidə edərək, xarici bazarlara üz tutdular.


Məruzədə Yunanıstanın kosmetika ixracının son iki ildə 2 faiz artdığı bildirilir. Bəzi məhsullar üzrə isə bu rəqəm 10 faizə çatır. 2017-ci ildə yunan kosmetikasının və kosmetika məhsullarının ixracı 218 milyon avro təşkil edib. (AZƏRTAC)

Xəbər lenti