Xəzər Xəbər

ABŞ-a məxsus iki hərbi təyyarə toqquşub

Dünya | 09:00 • 6 Dekabr 2018
ABŞ-a məxsus iki hərbi təyyarə toqquşub

ABŞ hərbi dəniz qüvvələrinə məxsus "F/A-18" tipli bombardmançı və "KS-130" tipli yanacaqdoldurma təyyarələri Yaponiya sahillərində bir-biri ilə toqquşub.

Xezerxeber.az bildirir ki, təyyarələr ABŞ-ın İvakuni bazasından havaya qalxıb və "planlı təlim uçuşu" həyata keçiriblər.

Hadisədən sonra bir ABŞ hərbi qulluqçusu xilas edilib.

Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti