Xəzər Xəbər

Yaponiya və ABŞ liderləri Birləşmiş Ştatlarda aralıq seçkilərin nəticələrini müzakirə ediblər

Dünya | 11:49 • 9 Noyabr 2018
Yaponiya və ABŞ liderləri Birləşmiş Ştatlarda aralıq seçkilərin nəticələrini müzakirə ediblər

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Birləşmiş Ştatlarda aralıq seçkilərin nəticələrini müzakirə ediblər.


AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, iki ölkənin liderləri arasında telefon danışığı noyabrın 9-da səhər saatlarında baş tutub.


Liderlər telefon danışığı zamanı ABŞ-da aralıq seçkilərin nəticələrini müzakirə etməklə bərabər, Şimali Koreya məsələsi barədə də fikir mübadiləsi aparıblar. Ş.Abe və M.Donald Yaponiya-ABŞ ittifaqının daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıblar.


Xatırladaq ki, noyabrın 6-da ABŞ-da konqresə aralıq seçkiləri keçirilib və demokratlar nümayəndələr palatasında, respublikaçılar isə senatda üstünlük qazanıblar.

Xəbər lenti

Çox oxunanlar