Xəzər Xəbər

Qırğızıstanın xarici işlər naziri istefa verdi

Dünya | 14:16 • 12 Oktyabr 2018
Qırğızıstanın xarici işlər naziri istefa verdi

Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev istefa verdiyini açıqlayıb.


Dövlət başçısı nazirin istefasını qəbul edib.


E.Abdılbayev istefa qərarının Qırğızıstanın Cənubi Koreyadakı səfiri Kılıçbek Sultanın bir müddət əvvəl verdiyi açıqlamaları ilə əlaqədar verildiyini bildirib.


Qeyd edək ki, səfir sentyabr ayının sonunda mətbuat konfransı keçirərək Malayziyada səfir işlədiyi müddətdə bir sıra pozuntu faktını aşkar etdiyini demişdi. Qırğızıstan XİN səfirin özünün də pozuntulara yol verdiyini açıqlamışdı.

Xəbər lenti