Xəzər Xəbər

Putinlə Tramp yenidən görüşə bilər

Dünya | 12:42 • 12 Oktyabr 2018
Putinlə Tramp yenidən görüşə bilər
Prezidentlərin noyabr ayında Parisdə görüşəcəkləri bildirilib.

XəzərXəbər "Euronews”a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampın noyabr ayında Fransanın paytaxtı Parisdə görüşə biləcəyi bildirilib.

Bu barədə Rusiyanın "RİA” informasiya agentliyi ölkənin Xarici İşlər Nazirliyinə əsasən məlumat ötürüb.

Putinlə Trampın noyabrın 11-də Parisdə I Dünya müharibəsinin anım mərasiminə qatılacağı halda, görüşə biləcəkləri yazılıb.

Bu yaxınlarda Finlandiyanın "Helsingin Sanomat” qəzeti növbəti il Putinlə Trampın yenidən Helsinkidə bir araya gələcəklərini iddia etmişdi. Kreml sözçüsü Dmitri Peskov isə bu xəbərin əsassız olduğunu bildirmişdi.

Qeyd edək ki, iki ölkə başçısı iyul ayında Finlandiyanın paytaxtı Helsinkidə görüşmüşdülər.

Xəbər lenti