Xəzər Xəbər

Vnukovo, Şeremetyevo, Domodedovo aeroportlarının adı dəyişdirilir

Dünya | 15:29 • 11 Oktyabr 2018
Vnukovo, Şeremetyevo, Domodedovo aeroportlarının adı dəyişdirilir

Rusiyada turistləri cəlb etmək üçün aeroportların adı dəyişdirilir.

Trend-in məlumatına görə, analoji addım ölkənin bir çox aeroportlarında aparılacaq.

Məlumatda deyilir ki, 445 şəhərdə ən çox 170 milyondan artıq sərnişin tutumu olan aeroportların adının dəyişdirilməsi gündəmdədir.

Məsələn, paytaxt Moskvada fəaliyyət göstərən aeroportlara (Vnukovo, Şeremetyevo, Domodedovo) Dmitri Mendeleyev, Fyodor Dostoyevski və Lev Tolstoyun adlarının verilməsi təklif edilir.

Noyabrın 30-da bununla bağlı ümumxalq səsverməsi keçiriləcək.

Xəbər lenti