Xəzər Xəbər

Yunanıstan Almaniyadan təzminat tələb edir 280 milyard avro...

Dünya | 14:35 • 11 Oktyabr 2018
Yunanıstan Almaniyadan təzminat tələb edir
Böhran ölkəsi borcunu bu təzminat hesabına qaytarmaq niyyətindədir

Böhrandan çıxmış Yunanıstan Almaniyadan II Dünya müharibəsindəki döyüşlərə görə 280 milyard avro məbləğində təzminat ödəməsini istəyir.

Bu məbləğ Yunanıstanın səkkiz il ərzində Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan götürdüyü 289 milyard avro həcmindəki borcuna uyğun gəlir.

Bu haqda Yunanıstan prezidenti Prokopis Pavlopolus və Baş nazir Aleksis Çipras iddia irəli sürüblər.

Afina hökumətinin bu məsələni Beynəlxalq Ədalət Məhkəməsinə qədər aparacağı ehtimal olunur.

Rəsmi Berlin isə durumla bağlı olaraq, 1950-ci illərdə təzminat ödənilməsi gərəkən bütün ölkələrə ödəniş etdiklərini bildirib.

AzNews.az

Xəbər lenti