Xəzər Xəbər

Şri-Lankada güclü yağışlar azı 12 nəfərin həyatına son qoyub

Dünya | 14:18 • 11 Oktyabr 2018
Şri-Lankada güclü yağışlar azı 12 nəfərin həyatına son qoyub

Ötən həftənin sonunda başlayan leysan yağışları və güclü küləklər nəticəsində Şri-Lankanın müxtəlif rayonlarında azı 12 nəfər həlak olub.


Xezerxeber.az xəbər verir ki, IANS agentliyinin yaydığı məlumata görə, adada təbii fəlakətdən ümumilikdə 69 min nəfər zərər çəkib.


Son günlər yağıntının intensivliyi xeyli aşağı düşsə də, hökumət müvəqqəti sığınacaqlarda yerləşdirilən yerli sakinləri torpaq sürüşməsi təhlükəsi səbəbindən evlərinə qayıtmağa tələsməməyə çağırıb. Şri-Lanka rəhbərliyi zərər çəkən rayonlara humanitar yardım, o cümlədən qida məhsulları, tibbi ləvazimat və içməli su göndərilməsi barədə göstəriş verib.


Meteoroloqlar, həmçinin yaxın zamanlarda sahilyanı Orissa ştatına çatacaq, sonra isə şimala istiqamətlənərək Hindistan sahillərini yönələcək "Titli” qasırğasının yaxınlaşdığı barədə də xəbərdarlıq ediblər.

Xəbər lenti