Xəzər Xəbər

Tramp itən jurnalistdən danışdı, Səudiyyəni müdafiə etdi

Dünya | 14:14 • 11 Oktyabr 2018
Tramp itən jurnalistdən danışdı, Səudiyyəni müdafiə etdi
"Ər-Riyada qarşı hansısa qərar qəbul etməzdən əvvəl, ABŞ itən səudiyyəli jurnalistin başına nə gəldiyini dəqiq bilməlidir"

Bunu ABŞ prezidenti Donald Tramp "Fox News” telekanalına müsahibəsində deyib.


"Mən nə baş verdiyini aydınlaşdırmalıyam. Məsələ ilə bağlı digər ölkələrin nümayəndələri, o cümlədən, Türkiyə də məşğul olur. Biz bu işi sonadək araşdıracağıq. İndi ABŞ-ın Səudiyyəyə qarşı hansı qərarlar qəbul edə biləcəyini demək istəmirəm. Bu barədə danışmaq hələ çox tezdir”, – deyə Tramp deyib.


"Əgər ABŞ səudiyyəli jurnalistin itməsində Ər-Riyadın əlinin olduğu qənaətinə gələrsə, Vaşinqton-Səudiyyə Ərəbistanı münasibətlərinin aqibəti necə olacaq?” sualına Tramp cavabında bildiri: "Hadisələrin bu cür inkişafından məmnun olmazdım. Bu, heç də yaxşı olmazdı. İndiki vəziyyətdə çoxları həqiqətən də deyə bilər ki, sanki baş verənlərdə Ər-Riyadın əlinin olduğu görünür. Lakin gəlin tələsməyək.”

Tramp, yoxa çıxan səudiyyəli jurnalistin ətrafında yaranan vəziyyətlə əlaqədar ABŞ konqressmenlərinin Ər-Riyada silah satışının dayandırılması barədə çağırışlarına da münasibət bildirib. Onun fikrincə, belə addım Amerikanın özünə ziyan vuracaq.

"ABŞ-dakı yaxşı iqtisadi vəziyyətin səbəblərindən biri də Vaşinqtonun digər ölkələrə müdafiə sistemləri satmasıdır. Hamı onları əldə etmək istəyir. Səudiyyəyə silah satmaqdan potensial imtina ABŞ üçün acı həb olardı” – Tramp vurğulayıb./azvision.az

Xəbər lenti