Xəzər Xəbər

“Maykl” qasırğası Floridanı cənginə alıb

Dünya | 11:28 • 11 Oktyabr 2018
“Maykl” qasırğası Floridanı cənginə alıb

Florida ştatının Panama-Siti şəhərində 4-cü kateqoriyaya aid edilən, sürəti saatda 240 kilometrə çatan küləklə müşayiət olunan "Maykl” qasırğası baş verib.


AZƏRTAC xəbər verir ki, cəmi bir neçə gün bundan əvvəl "Maykl” tropik tufan sayılırdı. Meksika körfəzinə çatandan sonra isə tufan güclənərək təhlükəli qasırğaya çevrilib. Panama-Siti şəhərinin meri Qreq Brudniki əvvəlcə şəhərin belə çətinliklərə hazır olduğunu bəyan edirdi, lakin Panama-Sitidə indiyə qədər görünməmiş vəziyyətə hazırlaşmaq çox çətindir.


Ştatın hakimiyyət orqanları sakinlərə xəbərdarlıq ediblər ki, bu qasırğa region üçün bir nömrəli potensial təhlükədir. Hakimiyyət orqanları sakinləri ştatın sahilyanı zonalarından təxliyə olunmağa çağırıblar, lakin bəzi insanlar öz evlərini tərk etməyə razılaşmayıblar. Çoxları ümid edir ki, qasırğa xətərsiz sovuşacaq, bəzi insanlar isə öz bahalı əmlakını daşımaq üçün kifayət qədər nəqliyyat vasitəsi olmadığına görə yerlərini dəyişə bilmirlər. Floridadan olan senator Marko Rubio hələ qasırğa quruya yaxınlaşana qədər ştat sakinlərinə ehtiyatlı olmağı tövsiyə edərək bildirib ki, bu təhlükəni ciddi qiymətləndirməmək olmaz.


Hələlik qasırğanın faciəli nəticələri barədə məlumat yoxdur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti