Xəzər Xəbər

Avropada daşınmaz əmlak bahalaşıb - Ən yüksək qiymət Sloveniyadadır

Dünya | 09:45 • 11 Oktyabr 2018
Avropada daşınmaz əmlak bahalaşıb -

Avropanın statistika agentliyi "Avrostatın” məlumatına əsasən Bolqarıstanda daşınmaz əmlakın qiyməti 2018-ci ilin birinci rübü ilə müqayisədə 2,8 faiz, 2017-ci illə müqayisədə isə 7,5 faiz artıb.


Daşınmaz əmlakın illik artımına görə Bolqarıstan Avropa İttifaqında (Aİ) yeddinci yeri tutur. Sıralamaya görə Sloveniya 13,4 faizlə ilk yerdədir. Ondan sonra İrlandiyada 12,6, Portuqaliyada 11,2, Macarıstanda 10,4, Hollandiya 9,3 və Latviya 8,7 faiz artım müşahidə olunur.


Qiymətlərin azalması İsveç və İtaliyada 1,7 və 0,2 faiz arası müşahidə edilməkdədir. Aİ-də ümumiyyətlə daşınmaz əmlaka olan qiymətlər illik faiz nisbəti ilə 4,3 artıb. (AZƏRTAC)

Xəbər lenti