Xəzər Xəbər

Rusiya silahı ABŞ analoqlarından üstündür - Pentaqon

Dünya | 22:20 • 10 Oktyabr 2018
Rusiya silahı ABŞ analoqlarından üstündür - Pentaqon
Rusiya silahı ABŞ-ın analoqlarından üstündür.

Bunu ABŞ ordusunun perspektiv silahlar komandanlığının rəhbəri Con Mürrey deyib.

O bildirib ki, Rusiya silahının uzaq məsafədə hədəfə çatmaq imkanları daha yaxşıdır.

Mürrey Moskvanın silah istehsalı sahəsində uğurlara nail olduğunu qeyd edərək bu amilin ABŞ üçün həyəcan siqnalı olduğunu vurğulayıb.

O həmçinin Çin istehsalı olan silahların da ABŞ analoqlarından üstün olduğunu bildirib.(oxu.az)

Xəbər lenti