Xəzər Xəbər

Turistlərlə dolu avtobus çaya düşdü 18 nəfər xəsarət alıb

Dünya | 14:33 • 14 Sentyabr 2018
Turistlərlə dolu avtobus çaya düşdü

Perunun cənub-şərqindəki Kesko regionunda turist avtobusu çaya düşüb. XəzərXəbər Trendə-ə istinadən xəbər verir ki, qəza nəticəsində 18 turist xəsarət alıb.

Xəsarət alanların 8 nəfərin yerli turist, digərlərinin İspaniya, Ekvador və Kolumbiya vətəndaşları olduğu bildirilir. Yaralıların hamısı dərhal xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Avtobusun Maçu-Pikçu tarixi abidəsi istiqamətində hərəkət etdiyi bildirilir.

Xəbər lenti