Xəzər Xəbər

Leypsiq Universitetinin rəhbərliyi Qarabağa qanunsuz səfər edib

Dünya | 13:33 • 14 Sentyabr 2018
Leypsiq Universitetinin rəhbərliyi Qarabağa qanunsuz səfər edib

Almaniyanın Leypsiq Universitetinin nümayəndə heyəti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.


Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfərdə Leypsiq Universiteti Şərqi Avropa Tarixi və Mədəniyyəti İnstitutunun direktor müavini Ştefan Troybst, Leypsiq Universiteti Regional və Qlobal Araşdırmalar Məktəbinin koordinatoru Martin Kaylbax və 10-dan artıq aspirant qatılıb.

Xəbər lenti