Xəzər Xəbər

Türkiyəli immiqrantlar Finlandiyada uğurlu biznes qururlar

Dünya | 09:22 • 14 Sentyabr 2018
Türkiyəli immiqrantlar Finlandiyada uğurlu biznes qururlar

Son illərdə Finlandiyaya köç edən immiqrantların sayında çoxalma müşahidə olunur. Sosioloji araşdırmalara əsasən, 2006-cı ildən bugünədək xarici ölkə vətəndaşı olan sahibkarların sayı 92 faiz artıb.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ölkəyə məhz biznes məqsədilə gələn immiqrantların içində türklər ən uğurlularıdır. Digər xalqlarla müqayisədə bu fərq 38 faiz təşkil edir. Gəlmələr əsasən Nayland şəhərində yaşayırlar və xidmət sahələrində çalışırlar.

Xəbər lenti