Xəzər Xəbər

Kosmosda agentlik yaradılır

Dünya | 15:45 • 13 Sentyabr 2018
Kosmosda agentlik yaradılır

Lüksemburq kosmosda biznes müəssisələrinin inkişafı üçün agentlik yaradır.


Bunu ölkənin baş nazir müavini Etyenn Şnayder elan edib.


E.Şnayderin sözlərinə görə, ölkədə həmçinin kosmik texnologiyaların hazırlanması ilə məşğul olan startapların maliyyələşdirilməsi üçün fond yaradılır.


Nazir müavini bildirib ki, Lüksemburqun kosmik agentliyi NASA kimi raket buraxılışları ilə məşğul olmayacaq. (Trend)

Xəbər lenti