Xəzər Xəbər

Türkiyə: ABŞ-ın mövqeyi Dünya Ticarət Təşkilatının qərarlarına ziddir

Dünya | 09:37 • 11 Avqust 2018
Türkiyə: ABŞ-ın mövqeyi Dünya Ticarət Təşkilatının qərarlarına ziddir

ABŞ administrasiyasının Türkiyədən ixrac olunan alüminium və polad məhsullara tətbiq olunan gömrük rüsumunu artırmaq barədə qərarı qardaş ölkənin kəskin etirazı ilə qarşılanıb.


AZƏRTAC rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi məsələyə münasibətində ABŞ-ın bu qərarının Dünya Ticarət Təşkilatının qarşılıqlı ticarət barədə qərarlarına zidd olduğunu bildirib.


Ticarət Nazirliyinin məlumatına görə, Türkiyə 2017-ci ildə ABŞ-a 1,1 milyard dolar dəyərində dəmir, alüminium və polad məhsulları ixrac edib. Ötən il eyni tərkibli məhsulların ixracının həcmi 1,3 milyard dollar dəyərində olub.

Xəbər lenti