Xəzər Xəbər

Yunanıstan Rusiyadakı səfirini geri çağırıb

Dünya | 09:09 • 11 Avqust 2018
Yunanıstan Rusiyadakı səfirini geri çağırıb

Yunanıstan Moskvadakı səfiri Andreas Friqanası Afinaya geri çağırıb.


Xezerxeber.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Yunanıstan tərəfindən məsələ ilə bağlı verilən açıqlamada belə bir qərarı şəxsən ölkənin xarici işlər naziri Nikos Koçiasın qəbul etdiyi bildirilib.


Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişinə qadağa qoyub. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar. Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib.

Xəbər lenti