Xəzər Xəbər

Rusiya BMT-də ABŞ qətnaməsini blokladı

Dünya | 13:33 • 10 Avqust 2018
Rusiya BMT-də ABŞ qətnaməsini blokladı
Rusiya Şimali Koreyaya qarşı sanksiyalar siyahısına yeni fiziki və hüquqi şəxslərin, o cümlədən "Aqrosoyuz” rus bankının daxil edilməsilə bağlı ABŞ-ın BMT Təhlükəsizlik Şurasına (TŞ) təqdim etdiyi qətnamə təklifinə veto qoyaraq, sənədin qəbul olunmasını bloklayıb.


Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilir ki, Şimali Koreyaya qarşı sanksiyaların genişləndirlməsi üçün Vaşinqtonun göstərdiyi dəlillər yetərsiz və qeyri-inandırıcı olub.


"ABŞ nümayəndə heyətinin BMT-nin Təhlükəsizlik Şurası və digər köməkçi orqanlarında artıq normaya çevrilən "təzyiq” iş metodları onların təkliflərindən imtinaya səbəb olur. ABŞ digər üzvlərin fikirlərini nəzərə almadan təzyiq vasitəsilə öz xeyrinə olan qərarların qəbuluna çalışır. Aydındır ki, Vaşinqton Pxenyana qarşı "maksimal təzyiqləri” mümkün qədər uzun müddətə - nüvəsizləşdirmə prosesi başa çatanadək saxlamağa cəhd edir. Koreya yarımadasındakı problemlərin nizamlanması yolunda bu cür pozucu xətt böyük narahatlıq doğurur.” – deyə Rusiya XİN-in bəyanatında bildirilib.

Bəyanatda həmçinin vurğulanır ki, ABŞ-ın yeni sanksiyalar təklifi Şimali Koreya ətrafında yaranmış beynəlxalq gərginliyin aradn qaldırılması məntiqinə ziddir.

Qeyd edək ki, ötən həftə ABŞ Pxenyanla əməkdaşlığa görə Rusiyanın "Aqrosoyuz” bankına qarşı sanksiyalar tətbiq edib.

Xəbər lenti