Xəzər Xəbər

ABŞ-ın addımları Kim Çeni QƏZƏBLƏNDİRDİ Dəhşətli nüvə savaşı QAPIDA

Dünya | 12:53 • 10 Avqust 2018
ABŞ-ın addımları Kim Çeni QƏZƏBLƏNDİRDİ

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında iyun ayında Sinqapurda baş tutan görüşün ardınca başlayan proses dalana dirənib.

Vaşinqton hökumətinin Şimali Koreyaya tətbiq etdiyi sanksiyalara davam etmək qərarı Pxenyanı qəzəbləndirib.

Şimali koreyalı diplomatlara görə, ABŞ adına müzakirələri davam etdirən komissiya Donald Trampın istəklərinin əksinə hərəkət edir. Belə ki, amerikalı müzakirəçilər Sinqapur zirvəsinin əksinə hərəkət edir və Pxençan hökuməti bu müzakirələrin sanksiyaları sərtləşdirəcəyi təqdirində nüvə silahlarından imtina etmək mövzusunda heç bir addım atmayacaq.

Hazırda ABŞ Şimali Koreyaya tətbiq edilən sanksiyaları davam etdirməkdə təkid edir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının hesabatına görə, Pxençan nüvə silahlarının inkişafını sürdürür.

Qeyd edək ki, 2017-ci ildə 20-dən çox ballistik raket sınağı keçirən Kim Çen In 2018-ci ildə yeni bir səhifə açmağa qərar vermişdi. Öncə düşmən qardaşı Cənubi Koreyaya tarixi səfər edən Kim Çen daha sonra Donald Trampla görüşmüşdü. Şimali Koreyanın ötən il sınaqdan keçirdiyi qitələrarası ballistik raketlərdən biri ABŞ-ın paytaxtı Vaşinqtonu vurmaq potensialına sahib idi./publika.az

Xəbər lenti