Xəzər Xəbər

NATO yeni təhdidlərlə üzləşib

Dünya | 11:07 • 12 İyul 2018
NATO yeni təhdidlərlə üzləşib
Qanadlı raketlər və pilotsuz uçuş aparatları NATO üçün yeni təhdidlər yaradır.


Bu barədə NATO-nun Brüsseldə keçirilən sammitinin ilk günündəki danışıqların yekununa dair bəyanatda bildirilib.


Qeyd edilib ki, alyans bu cür hərbi texnikalardan gələn yeni təhdidlərlə üzləşir və odur ki, NATO öz təhlükəsizliyinə təsir edə biləcək hadisələri izləyəcək.

Bundan əlavə, NATO ölkələrinin liderləri kosmik sənayenin də diqqətlə izlənməsinə və alyansın kkosmik məkanda hərtərəfli siyasətinin hazırlanmasına dair razılığa gəliblər. Onların fikrincə, kosmik sahədə dəyişikliklər NATO-ya təhdid yarada bilər.

Qeyd edək ki, ötən gün Brüsseldə başlayan NATO sammiti bu gün də öz işinin davam etdirir. Sammitdə NATO-nun təhlükəsizliyinin təmin edilməsi məqsədilə alyansın bəzi üzv ölkələrində qalan sovet istehsalı olan hərbi texnikadan imtina etmək qərarına gəlinib.

Xəbər lenti