Xəzər Xəbər

Prezidentin gizli eşqini araşdıran hakim ABŞ-da ARANI QATDI

Dünya | 15:10 • 10 İyul 2018
Prezidentin gizli eşqini araşdıran hakim

ABŞ Prezidenti Donald Tramp Bretta Kavanonun namizədliyini Ali Məhkəmənin üzvü postuna irəli sürüb.

Bu haqda NBC telekanalı bildirib.

30 iyula qədər bu postu rəsmən 30 il məhkəmə üzvü işləmiş Entoni Kennedi tutur. 82 yaşlı hüquqşünas iyunda istefa edib.

Vəzifəyə başlaması üçün Kavanonun namizədliyi ABŞ Senatı tərəfindən təsdiq edilməlidir.

ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer həmkarlarını Bretta Kavanonun namizədliyini bloklamağa çağırıb. Onun fikrincə, bu təyinat müəyyən güclərin əlinə oynayacaq və məhkəmədə balansı dəyişdirəcək, milyonlarla işçi amerikalıdan vətəndaş və insan hüquqlarını alacaq.

O vurğulayıb ki, Kavanonun əleyhinə səs verəcək. Şumer ümidini ifadə edib ki, başqa senatorlar da eyni qərarı verəcəklər.

Gözlənildiyi ki, Kavanonun namizədliyinə demokratlarla respublikaçılar arasında sərt qarşıdurmaya səbəb olacaq. Nəzərə alaraq ki, ali hakim vəzifəsi ömürlükdür. ABŞ-ın Ali Məhkəməsi 9 nəfərdən ibarətdir. Ali Məhkəmə ABŞ-da qanunlara və cəmiyyətə əhəmiyyətli təsir göstərir.

Qeyd edək ki, Kavano ABŞ-ın keçmiş prezidenti Bill Klinton və katibəsi Monika Levinski arasında olan eşq qalmaqalı haqqında qalmaqallı işi araşdıran xüsusi prokurorun komandasında işləyirdi./publika.az





Xəbər lenti