Xəzər Xəbər

İvanişvili Gürcüstanın baş naziri olacaq

Dünya | 16:59 • 14 İyun 2018
İvanişvili Gürcüstanın baş naziri olacaq
Gürcüstanın yeni baş naziri hakim "Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişvili olmalıdır.

Bu barədə Batumidə "Gürcüstanın Avropaya yolu” konfransında çıxış edən Gürcüstan prezidenti Georqi Marqvelaşvili bildirib.


"Əgər biz Avropadakı seçkilərdən, Avropa dövlətinin formalaşdırılmasından danışırıqsa, onu deyəcəyəm ki, Avropada baş nazirlər hakim partiyanın liderləridir. Bu mənada, əgər biz məsuliyətli siyasətdən, cəmiyyət üçün anlaşıqlı olan dövlət prosesinin formalaşdırılmasından danışırıqsa, Gürcüstandakı hakim partiyanın sədri Bidzina İvanişvili baş nazir olmalıdır.” – deyə Marqvelaşvili bəyan edib.

Gürcüstan prezidenti həmçinin, ölkədəki bütün siyasi qüvvələri Bidzina İvanişvilinin adını baş nazir postuna namizəd kimi irəli sürməyə çağırıb. Vurğulayıb ki, əvvəllər hökm sürən maskarada – təyin olunan vəzifəli şəxslər əvəzinə, reallıqda qərar verən qüvvənin partiya olduğu prosesə son qoyulmalıdır. Çünki bu, Gürcüstanın Avropaya doğru tutduğu istiqamətə, ölkənin sabitliyinə xələl yetirir.

Qeyd edək ki, son günlər Tbilisidəki kütləvi aksiyalarda etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu bildirirdilər. Onlar baş nazir Georgi Kvirikaşvilinin istefasını tələb edirdilər.

Lakin istefa verməyəcəyini deyən Kvirikaşvilinin postunu qəfil tərk etməsi çoxlarında sual yaradıb. Georgi Kvirikaşvilinin özü isə etiraf edib ki, son aylarda hakim "Gürcü arzusu” partiyasının rəhbəri Bdzina İvanişvili ilə münasibətlərində ziddiyyətlər yaşanıb. /Azvision.az

Xəbər lenti