Yaponiyanın baş naziri
Şinzo Abe ilə Şimali Koreya lideri Kim Çen Inın görüşməsi üçün hər iki
ölkənin yüksək vəzifəli məmurları bu ilin yazından etibarən gizli
danışıqlar aparıblar. "Yomiuri” qəzeti xəbər verir ki, görüşün məqsədi Şimali
Koreya xüsusi xidmət orqanları tərəfindən 1970-80-cı illərdə
oğurlanaraq, məcburi şəkildə saxlanılan yaponiyalı vətəndaşların taleyi
barədə məsələnin həllidir.
Bu məsələ Şimali Koreya lideri ilə ABŞ prezidenti Donald Trampın Sinqapurdakı görüşündə də müzakirə olunub. Tramp Kim Çen Ina izah edib ki, tam nüvəsizləşmə həyata keçirilərsə, ABŞ
Pxenyana qarşı tətbiq etdiyi sanksiyaları götürəcək. Amma əgər Şimali
Koreya tammiqyaslı iqtisadi yardım almaq istəyirsə, o zaman Yaponiya ilə
danışıqlar aparmaldır. Lakin Tramp vurğulayıb ki, ölkədə məcburən
saxlanılan yaponiyalıların işi həll edilmədən Abe Çen Ina kömək
etməyəcək. Nəticədə Kim Çen In Şinzo Abe ilə şəxsən görüşərək, Yaponiya ilə Şimali Koreya arasındakı mövcud problemləri müzakirə etməyə razılıq verib.
Qeyd edək ki, Yaponiya baş naziri Kim Çen Inla
görüşmək istəyini bir neçə dəfə dilə gətirib. Məlumata əsasən, Abe
avqustda Pxenyana səfər edə bilər, yaxud da Yaponiya və Şimali Koreya
liderləri sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu
çərçivəsində təmas quracaqlar./azvision.az