Xəzər Xəbər

Tramp müharibənin olmayacağını BƏYAN ETDİ

Dünya | 17:08 • 13 İyun 2018
Tramp müharibənin olmayacağını

"Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən nüvə təhlükəsi onun lideri Kim Çen Inla görüşümdən sonra mövcud deyil”.

Bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Tramp həmçinin bildirib ki, onun sələfi Barak Obamanın prezidentliyi dövründə ABŞ və KXDR arasında mövcud olmuş müharibə təhlükəsinin qarşısını almağı bacarıb.

"Mən prezident vəzifəsinə gələn vaxt qədər insanlar hesab edirdilər ki, biz Şimali Koreya ilə vuruşacağıq. Prezident Obama bildirirdi ki, Şimali Koreya bizim üçün ən böyük və ən təhlükəli problemdir. Bu daha belə deyil, bu axşam sakitcə yata bilərsiniz!” – Tramp tvitter səhifəsində yazıb.

Xatırladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-də Sinqapurda baş tutub./publika.az

Xəbər lenti