Atom silahının olduğu
"Harri Trumen” aviadaşıyıcısilə birgə ABŞ hərbi dəniz qüvvələrinin zərbə
qrupunun Aralıq dənizinin şərqinə daxil olması Suriyaya ediləcək
növbəti hücumdan xəbər verir. Bu barədə Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Şamanov məlumat verib.
Onun sözlərinə görə, Aralıq dənizindəki Amerika hərbi qüvvələrinin hərəkəti onu deməyə əsas verir ki, Vaşinqton Suriyaya hava zərbələri endirməyə hazırlaşır. Bu mənada, Suriyada çox da böyük olmayan hərbi birləşmələr yerləşdirməsinə baxmayaraq, Rusiya arxayın dayanmamalıdır.
ABŞ
hərbi dəniz qüvvələrinin aviadaşıyıcı zərbə qrupu Aralıq dənizinin
şərqinə iyunun 10-da daxil olub. Pentaqon bəyan edib ki, Amerika hərbi
gəmiləri İŞİD terrorçularına qarşı əməliyyatlarda iştirak edəcəklər.
Lakin ötən gün Rusiya Müdafiə Nazirliyi bildirib ki, Suriyada silahlı müxalifətinin Azad Suriya Ordusu ABŞ-ın
iştirakı ilə Deyr əz-Zorda zəhərləyici maddələrdən istifadə etməklə
ciddi təxribata hazırlaşır. Bununla da, guya kimyəvi silah tətbiqinə
dair süni şəkildə hazırlanacaq video-rolik ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriya dövlət obyektlərinə hava zərbələri endirməsi və silahlı müxalifətin hücumu üçün bəhanə kimi istifadə olunacaq.
Rusiya Müdafiə Nazirliyi onu da bəyan edib ki, dinc əhaliyə qarşı Əsəd rejiminin kimyəvi hücumunu imitasiya etmək üçün Azad Suriya Ordusu Həkl əl-Cəfra yaşayış məntəqəsinə xlor balonları da gətirib.