Banqladeşdə baş verən torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həlak olub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, güclü leysan yağışları ölkənin cənub-şərqində, paytaxtdan 391 kilometr məsafədə yerləşən Ranqamati dairəsində torpaq sürüşmələrinə səbəb olub.
Təbii fəlakət nəticəsində regionda bir çox evin torpaq altında qaldığı bildirilir. Ölü sayının artacağı istisna edilmir.