Xəzər Xəbər

Trampla Kimin imzaladığı sənədi hər kəs gördü - Sənəddə nələr yer alır? - FOTO

Dünya | 12:01 • 12 İyun 2018
Trampla Kimin imzaladığı sənədi hər kəs gördü -

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın birgə imzaladığı sənədin şəkli yayımlanıb.

Modern.az xəbər verir ki, bu tarixi sənədin şəklini "ABC” kanalının jurnalisti Konor Finneqan öz "Tvitter” hesabında yayımlayıb.

İki liderin birgə imzaladığı sənəddə onların dərin və səmimi şəkildə fikirlərini bölüşdükləri və rəsmi Pxenyanın nüvəsizləşdirmə prosesinə sadiqliyi öz əksini tapıb.

Həmçinin sənəddə 4 bənd göstərilib.

Birinci bənddə iki ölkə liderlərinin münasibətləri yeni müstəviyə daşımaq barədə öhdəlik götürməsi göstərilib.

"ABŞ və Şimali Koreya Koreya yarımadasında uzunmüddətli və stabil sülh üçün öz səylərini birləşdirirlər” – ikinci bənddə qeyd olunub.

Üçüncü və dördüncü bəndlər isə yarımadanın nüvə silahlarından təmizlənməsi və orada qalan ABŞ əsgərlərinin axtarışının həyata keçirilməsi öz əksini tapıb.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda çoxdan gözlənilən ABŞ və Şimali Koreya liderlərinin tarixi görüşü baş tutub. Sammitin nəticələri barədə hər iki ölkə lideri birgə sənəd imzalayıblar.

Xəbər lenti