Xəzər Xəbər

Cənubi Koreya KXDR-ABŞ görüşündən ümidlidir

Dünya | 09:24 • 12 İyun 2018
Cənubi Koreya KXDR-ABŞ görüşündən ümidlidir

Koreya Respublikasının Prezidenti Mun Ce-in ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında keçirilən görüşün uğurlu nəticələr verəcəyinə ümid edir.


AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər ki, görüşü ölkəsinin rəhbər şəxsləri ilə birlikdə televiziya ilə izləyən Cənubi Koreya Prezidenti bu görüşün Koreya yarımadasında sülh üçün, habelə nüvə sılahsızlaşdırılması prosesi üçün yeni mərhələ aça biləcəyini söyləyib. Mun Ce-in deyib: "Mən də yuxusuz gecə keçirmişəm. Bütün xalqımızla birlikdə səmimiyyətlə ümid edirik ki, bu görüş uğurlu olacaq, hər iki Koreya və ABŞ münasibətlərində yeni başlanğıc olacaq”.

Xəbər lenti