Xəzər Xəbər

Paşinyan generalın bacısı oğluna vəzifə verdi

Dünya | 16:32 • 17 May 2018
Paşinyan generalın bacısı oğluna vəzifə verdi
"Serji devir!” vətəndaş təşəbbüsünün üzvü, politoloq Armen Qriqoryan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.


"Aysor.am” saytı xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan əmr imzalayıb. Faktı Qriqoryanın özü də təsdiq edib.

Qeyd edək ki, Armen Qriqoryan Qarabağdakı qanunsuz qurumun keçmiş "müdafiə naziri”, indi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Movses Akopyanın bacısı oğludur. /azvision.az

Xəbər lenti