Xəzər Xəbər

ABŞ neftin qiymətini bilərəkdən artırmağa çalışır - Rəsmi Tehran

Dünya | 11:38 • 17 May 2018
ABŞ neftin qiymətini bilərəkdən artırmağa çalışır -

ABŞ şist nefti istehsalında artımı dəstəklənməsi üçün "qara qızıl”ın qiymətini bilərəkdən bahalaşdırmağa çalışır.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib.


Bijən Namidar Zəncənənin sözlərinə görə, neftin qiymətinin 60-65 dollar/barrel səviyyəsində olması məqbul hesab edilir: "Neftin qiymətinin bahalaşması ABŞ-da şist nefti istehsalına sərmayələrin artmasına və ölkədə daha çox iş yerinin yaranmasına səbəb ola bilər”.


Nazir daha əvvəl qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması rəsmi Tehranın neft ixracına təsir etməyəcək: "İranın neft sektorunu inkişaf etdirmək üçün xarici investorlara ehtiyacı var. Lakin ABŞ-ın sanksiyalarından ötəri xarici investorlar İrandan uzaqlaşmağa qərar verəcəkləri təqdirdə ölkənin neft sektoru inkişafdan qalmayacaq. İranın neft hasilatının ilin sonuna qədər eyni səviyyədə qalacağı gözlənilir”.

Xəbər lenti