Xəzər Xəbər

Ekvador Assanjın təhlükəsizliyinə 5 milyon dollardan çox vəsait xərcləyib

Dünya | 18:24 • 16 May 2018
Ekvador Assanjın təhlükəsizliyinə 5 milyon dollardan çox vəsait xərcləyib

Ekvador hökuməti onun Londondakı səfirliyinə sığınan "Wikileaks” saytının yaradıcısı Culian Assanjın təhlükəsizliyinə 5 milyon dollardan çox vəsait xərcləyib.


AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, "The Guardian” qəzeti bu barədə məlumatı əlində olan sənədlərə əsasən dərc edib. Həmin vəsait Assanjın Ekvador səfirliyinə sığındığı 5 ildən də artıq bir müddət ərzində ziyarətçilərə, səfirlik əməkdaşlarına və hətta Britaniya polisinin nümayəndələrinə nəzarət etmək üçün tutulan agentlərə və beynəlxalq mühafizə kompaniyasına xərclənib.


"The Guardian” və "Focus Ecuador” nəşrlərinin apardığı təhqiqat nəticəsində məlum olub ki, həmin əməliyyat Ekvadorun sabiq prezidenti Rafael Korreanın və sabiq xarici işlər naziri Rikardo Patinyonun dəstəyi ilə həyata keçirilib.


Xatırladaq ki, Culian Assanj 2012-ci ildən siyasi sığınacaq xahişi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənir. "Wikileaks” saytının banisi məxfi sənədləri dərc etməkdə ittiham olunduğu ABŞ-a ekstradisiya edilə bilər. Həmçinin o, 2010-cu ildə İsveçdə seksual cinayətdə də ittiham edilir. Böyük Britaniya hökuməti Assanjın həbs olunması üçün order verib.

Xəbər lenti