Xəzər Xəbər

Zaxarova: Vaşinqton İŞİD-i yenidən dirçəltmək istəyir

Dünya | 16:33 • 16 May 2018
Zaxarova:

ABŞ Suriyada Fərat ətrafında terrorçuları gizlədir. ABŞ-ın himayədarlığı ilə İŞİD xəlifəliyinin yenidən dirçəldilməsi risqi var.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova belə hesab edir.

«Biz Amerika administrasiyasının ABŞ koalisiyası və Suriya Demokratik Qüvvələri tərəfindən Fərat ətrafında xarici terrorçular barədə susmasına diqqət etdik», - deyə XİN sözcüsü bildirib.

Onun sözlərinə görə, söhbət Avropa və MDB ölkələrindən olan 2-3 min terrorçudan gedir: «Bu yuridik vakuumun bilərəkdən yaradıldığı təəssüratını yaradır, məqsəd isə əsas hədəfi gizlətməklə, terrorçuları məsuliyyətdən uzaqlaşdırmaqdır. Onların sadəcə azad şəkildə hərəkəti məhdudlaşır, halbuki eyni vaxtda onlar 3 dəfə yeməklə təmin olunur, fiziki formalarının saxlanılması üçün şərait yaradılır, tibbi xidmətlər göstərilir.Trampın amerikalıların tezliklə Suriyanı tərk edəcəyi barədə elanı Fərat ətrafında İraqda olduğu kimi xilafətin reabilitasiya riskini artırır, hansı ki, amerika kontingentinin oranı tərk etməsi ilə İŞİD meydana gəlmişdi», - deyə, Zaxarova Kerçdə brifinqdə bildirib.

«Terrorçuların cinayət təqibindən qaçınmaqla ABŞ Administrasiyası onların cinayətkar fəaliyyətini gizlədir», - deyə o, bildirib./faktxəbər

Xəbər lenti