Xəzər Xəbər

İrəvanda Paşinyana qarşı etirazlar başladı

Dünya | 16:08 • 16 May 2018
İrəvanda Paşinyana qarşı etirazlar başladı
İrəvanda Ermənistan baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyaları başlayıb. Binanın önünə yığışan hərbi komissarlıqların əməkdaşları Paşinyandan kütləvi istefalara gətirib çıxaran optimallaşma prosesinin ləğvini tələb ediblər.


Baş nazir iqamətgahının yerləşdiyi Baqramyan prospektində taksi sürücüləri isə yolu qismən bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər.

Aksiya iştirakçıları lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və qaydaya salınmasını, yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələrin bağışlanmasını, həmçinin İrəvanda avtomobil parketmə xidmətlərinin ödənişsiz olmasını tələb edirlər. Maşın idxalçıları da etiraz aksiyalarına qoşulublar. Onların tələbi isə gömrükdə rəsmiləşdirmə prosesinin hazırkı 10 gündən daha çox müddətə uzadılmasıdır. Etiraz aksiyasının iştirakçıları baş nazir Nikol Paşinyanın nümayəndələri ilə görüşməyi tələb edirlər.

Erməni ekspertlərə görə, Paşinyan seçim qarşısında qalıb. Onu hakimiyyətə gətirən xalqın tələblərini yerinə yetirməsə, çətin vəziyyətə düşəcək. Etdikdə isə, qanunları pozmuş olacaq.

Xəbər lenti