Xəzər Xəbər

Ukrayna Rusiyanı məhkəməyə verdi

Dünya | 15:59 • 16 May 2018
Ukrayna Rusiyanı məhkəməyə verdi
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Krımdan çəkilən körpünü istifadəyə verməsini kəskin tənqid edərək, bu addımı qanunsuz adlandırıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Ukrayna prezidenti "Facebook" səhifəsində bildirib.

"Bu, Kreml tərəfindən beynəlxalq hüquqa sayğısızlığın növbəti sübutudur” - deyə Poroşenko yazıb. O, bildirib ki, Ukrayna hökuməti Krım körpüsünün qanunsuz tikintisi ilə əlaqədar öz suveren maraqlarının qorunması üçün dəniz hüququ üzrə BMT Konvensiyasının Arbitraj məhkəməsinə şikayət ərizəsi verib:

"Çox təəssüf ki, Rusiya hakimiyyəti öz infrastruktur avantüralarına Avropa biznesinin nümayəndələrini də cəlb etməyə çalışır. Bununla onlar beynəlxalq-hüquqi məsuliyyətdən yaxa qurtarmağa cəhd göstəririlər. Körpü Krımı tərk edəndə işğalçılara mütləq lazım olacaq”.

Xatırladaq ki, ötən gün Krım yarımadasını Rusiyanın Krasnodar vilayəti ilə birləşdirən körpünün açılışı olub. Rusiya prezidenti Vladimir Putin tədbirdə şəxsən iştirak edərək, körpünün davamlılığını yoxlamaq üçün "KamAZ” markalı 10 yük maşınından birini özü idarə edib. 19 kilometr uzunluğundakı Krım körpüsü hələ ki yalnız yüngül avtomobillər və sərnişin avtobusları üçün açıqdır. Ağır tonnajlı yük maşınlarının körpüdən keçməsinə 2018-ci ilin oktyabrından, qatarların hərəkətin isə 2019-cu ilin sonundan icazə veriləcək./azvision.az

Xəbər lenti