İsrail deputatları
İçik Şmuli və Əmir Ohana qondarma "erməni soyqırımı”nın tanınması ilə
bağlı qanun layihəsini Knessetə təqdim etməyə hazırlaşır. XəzərXəbər xəbər verir ki, bu barədə "Jerusalem post” məlumat yayıb.
İsrailin Xarici İşlər Nazirliyi qanun layihəsini Knessetə təqdim
edilməsinə münasibət bildirməyib. Bu arada İsrailin nəqliyyat və
kəşfiyyat naziri İsrael Katz qondarma "erməni soyqırımı"nın tanınması
üçün çağırış edib.
O, "Ynet”ə müsahibəsində bildirib ki, erməni "Holokostu"nu tanımamaq üçün mənəvi və tarixi səbəblər yoxdur.
"Ərdoğan
İsrailə münasibətdə gərginlik və təxribatı artırmağa çalışır. O,
"Müsəlman qardaşları”nın üzvüdür və İsrailin ideoloji düşmənidir”- deyə
Katz bildirib.
Daha
öncə İsrailin təhsil naziri Naftali Bennet də qondarma soyqırımı
tanımağa çağırış etmişdi. Bütün hallarda Knessset qanun layihəsini qəbul
etsə belə, son qərarı İsrailin baş naziri Benjamin Netanyahu verəcək.
Qeyd
edək ki, bu ilin əvvəlində İsrail Knesseti qondarma "erməni
soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib. Belə ki,
İsrailin "Yeş Atid” partiyasının sədri Yair Lapid parlamentə qondarma
soyqırımın tanınması ilə bağlı qanun layihəsi təqdim edib. Lakin İsrail
parlamentariləri elə ilkin səsvermədə "erməni soyqırımı"nın tanınması
ilə bağlı qanun layihəsini qəbul etməkdən imtina ediblər.
İsrailin
xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, İsrail
qondarma soyqırımın tanınması ilə bağlı rəsmi mövqe nümayiş
etdirməyəcək.