Xəzər Xəbər

ABŞ İran Mərkəzi Bankının rəhbərini sanksiya siyahısına daxil edib

Dünya | 09:41 • 16 May 2018
ABŞ İran Mərkəzi Bankının rəhbərini sanksiya siyahısına daxil edib

İran Mərkəzi Bankının rəhbəri Vəliyulla Səif ABŞ-ın sanksiya siyahısına daxil edilib. 


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, Vəliyulla Səif İran İslam İnqilabının Keşikçiləri Korpusuna (İİİKK) göstərdiyi dəstəyə görə sanksiya siyahısına daxil edilib.

Sanksiyalar həmçinin İİİKK -ə dəstək verən digər iranlı şəxs, İraq vətəndaşı və "Əl Bilad” bankına qarşı tətbiq edilib.

Xəbər lenti