Xəzər Xəbər

İrəvanda polis və nümayişçilər arasında toqquşma baş verib

Dünya | 17:22 • 16 Aprel 2018
İrəvanda polis və nümayişçilər arasında toqquşma baş verib

İrəvanın mərkəzində vəziyyət gərginləşib.


Xezerxeber.az-ın "news.am” saytına istinadən verdiyi məlumata görə, Baqaramyan prospektində polis və nümayişçilər arasında toqquşma baş verib. Nümayişçilər polis səddini yararaq Konstitusiya Məhkəməsinin binasına çatıblar. Lakin polis onların qarşısını tikanlı məftillərlə kəsib. Nümayişçilərə qarşı xüsusi vasitələrdən istifadə edilib. Aksiyanın təşkilatçısı, parlamentin deputatı Nikol Paşinyan xəstəxanaya yerləşdirilib.

Polis hazırda vəziyyəti nəzarətə götürməyə çalışır. Aksiya gedən əraziyə su püskürdən maşınlar gətirilib.

Qeyd edək ki, kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

Xəbər lenti