Xəzər Xəbər

Saakaşvili Niderlanda getdi

Dünya | 17:54 • 14 Fevral 2018
Saakaşvili Niderlanda getdi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedib.

O, bir neçə Avropa ölkəsində görüşlər keçirəcək.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib. Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Xəbər lenti