Xəzər Xəbər

ABŞ Milli Kəşfiyyatının rəhbəri: "Suriya müxalifəti Əsədi devirə bilməyəcək"

Dünya | 15:51 • 14 Fevral 2018
ABŞ Milli Kəşfiyyatının rəhbəri:

Suriyada müxalif qüvvələr prezident Bəşər Əsədi artıq devirmə iqtidarında deyillər. Bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts bəyan edib.

«Suriya müxalifəti, belə görünür, daha prezident Bəşər Əsədi devirə bilməyəcək. Qiyamçılarda ola bilsin ki, münaqişənin daha bir il davam etməsi üçün resurslar var», - deyə o bildirib.

Qeyd edək ki, Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin dinləmələrində çıxış edən Kouts həmçinin İran mözusuna toxunub və bəyan edib ki, İİR Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir, hansı ki, sərhədin 2 min km-də olan hədəfləri vura bilmə qabiliyyətinə malikdir.

Onun sözlərinə görə, İİR silah sistemlərini hazırlamağa və daha da yaxşılaşdırmağa davam edir: «Bu silahların arasında pilotsuz təyyarələr, dəniz minaları, uzaq məsafədən idarə olunan və partlayıcı quraşdırılan katerlər, torpedalarla təchiz olunan sualtı qayıqlar, gəmiəleyhinə qanadlı raketlər və yerdə bazalanmış qanadlı raketlər var».

Milli Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyanın 2016-cı ildə İranı S-300 ZRK ilə təchiz etməsinin Havadan Müdafiə sisteminin daha da inkişaf etdirməsinə səsəb olduğunu bildirib. /Faktxəbər

Xəbər lenti