Xəzər Xəbər

Yaponiyada güclü qar 15 nəfərin ölümünə səbəb olub

Dünya | 14:54 • 14 Fevral 2018
Yaponiyada güclü qar 15 nəfərin ölümünə səbəb olub

Yaponiyanın şimalında və Yapon dənizi sahillərində yağan güclü qar nəticəsində 15 nəfər ölüb, 222 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə Yaponiya Daxili İşlər Nazirliyinin Yanğın İdarəsi məlumat yayıb.

Ölüm halları daha çox evlərinin damlarını təmizləmək istəyən sakinlərinin yıxılması səbəbindən baş verib. Qarın ağırlığından damların çökəcəyi təhlükəsindən qorxan sakinlər təmizlik işləri apararkən bədbəxt hadisələr qeydə alınır.

Yaponiyanın bəzi əyalətlərində qarın qalınlığı 3 metrə çatır.

Xəbər lenti