Xəzər Xəbər

Oğurluqla məşğul olan 100-dən çox kloun saxlanıldı

Dünya | 14:21 • 14 Fevral 2018
Oğurluqla məşğul olan 100-dən çox kloun saxlanıldı

Braziliyanın Rio-de-Janeyro şəhərində kloun geyimli 110 nəfər saxlanılıb.

Bu barədə çərşənbə axşamı "Globo" telekanalı məlumat yayıb.

Onlar hazırda şəhərdə davam edən karnaval zamanı kütləvi oğurluq edərkən "isti izlərlə" tutulublar.

Hadisə Rio-de-Janeyronun ofis və inzibati binalar yerləşən mərkəzi hissəsində qeydə alınıb. Asayiş keşikçiləri şübhəli şəxslərin üzərinə baxış zamanı tapança, patron və qumbara, həmçinin qarət edilmiş əşyalar - 5 mobil telefon, saat və iki qolbaq aşkar ediblər. Saxlanılan "kloun"ların polis bölməsinə aparılması üçün üç avtobus lazım olub.

Onların karnaval geyimləri və qrimdə olmasına baxmayaraq, bir neçə nəfər qarətçiləri tanıyıb. Nəticədə saxlanılan şəxslərdən 10 nəfəri həbs olunub. (report)

Xəbər lenti