Xəzər Xəbər

Türkiyə bunu gözləyirdi ABŞ kəşfiyyatından ŞOK ETİRAF

Dünya | 13:50 • 14 Fevral 2018
Türkiyə bunu gözləyirdi

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ Konqresinə təqdim etdiyi "Ümumdünya təhlükələrin qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir etiraf yer alıb.

Məruzədə YPG-nin PKK terror təşkilatının Suriya qolu olduğu və muxtar bölgə axtarışında olduğu qeyd edilib.

"YPG PKK-nın Suriyadakı döyüşçüləri böyük ehtimalla muxtar bölgənin yaradılması axtarışına girəcəklər, ancaq Rusiya, İran və Türkiyənin müqavimətilə qarşılşacaqlar. Rusiya və İran Suriyada uzunmüddətli hərbi mövcudluğu planlaşdırır. Onlar hərbi baza haqları ilə yanaşı, neft və qaz kəşfiyyat-axtarışı üzrə müqavilələrini təmin etməyə çalışacaqlar”, - sənəddə deyilir.

Məruzədə həmçinin bildirilir ki, İran Suriya vasitəsilə Livana quru dəhlizi yaratmağa çalışır.

Qeyd edək ki, Ankara və Vaşinqton arasında mövcud olan hazırkı gərginliyin əsas səbəbi ABŞ-ın YPG-yə göstərdiyi maliyyə və silah yardımı göstərilir. Türkiyə YPG-ni terror təşkilatı kimi tanısa da, ABŞ bu mövqedə deyil./publika.az

Xəbər lenti