Xəzər Xəbər

Gənclər arasında sürətlə yayılır! Ölüm xəbərləri dayanmır! - FOTO

Dünya | 13:21 • 14 Fevral 2018
Gənclər arasında sürətlə yayılır!

Braziliyada yeddi yaşlı qız uşağının ölümü internetdə gedərək yayılan "cəsarət videoları" ilə bağlı narahatlıqları artırıb.

İstifadəçilərin bir-birilərinə meydan oxuduqları və öz etdiklərini təkrarlamağa təşviq edən belə videolar xüsusən, bu çətinliklərə baxmayaraq cəsarətlərini göstərmək istəyən uşaqlar arasında yayılır.

XəzərXəbər-in BBC-yə istinadən məlumatına görə, Adrielli Qonçalves adlı 7 yaşlı uşaq ani ürək çatışmazlığından ölüb. Uşağın yaxınlarından biri Facebook səhifəsində yazıb ki, Adrielli Youtub portalında izlədiyi videodan təsirlənib və dezodorantı içinə çəkərək ölüb. Qohumu, "məsum bir uşaq idi, qəfildən dezodorantı ağzına saldı. Uşaqların internetdə nələrə baxdıqlarını təqib etmələri üçün valideynləri xəbərdar etməliyik", yazıb.

Çoxsaylı Youtube istifadəçisi dezodorantı nəfəslərinə çəkərkən qeydə alınmış görüntüləri paylaşıb və bu videolara bir neçə min nəfər baxıb. Dezodorantla bağlı bu videolar internetdə dolaşan minlərlə "cəsarət videosu"ndan yalnız biridir.

Bəzi videolarda istifadəçilər huşunu itirənə qədər nəfəslərini saxlamağa təşviq edilir, bəzilərində da burun deşiklərindən saldıqları şarı prezervativi ağızlarından çıxarmağa çalışırlar. Bəzi videolarda da çoxlu miqdarda darçın kirşanı yeməyə çalışanlar və ya spirtli içki istehlak edənlər olur.

Bütün bu videolar sağlamlığı təhlükəyə atmasına baxmayaraq, internetdə getdikcə yayılır.

Braziliyada bu tip oyunların təhlükələrinə dair gəncləri və valideynləri məlumatlandırmaq üçün fəaliyyət göstərən "DimiCuida" adlı təşkilatı nəfəslə bağlı "cəsurluq" oyunlarından portuqal dilində bir həftədə 24 min, ingilis dilində isə 800 min video yayıldığını açıqlayıb.

Bu barədə danışan psixoloq Fabiana Vaskonselos, "prezervativ və darçın video materiallarını da saysaq, boğulmağa səbəb ola biləcək videoların sayı hər gün sürətlə artır", - deyə bildirilir.

"Cəsarət oyunları"nda iştirakı artırmaq üçün İnstagram və Snapchat ilə oyun forumlarında çağırışlar edilir. Amma ən böyük mənbə hələ də Youtube portalıdır.

Bir il əvvəl Sao Visentedə 14 yaşlı oğlan uşağı boynuna çarşab sarınmış halda ölü tapılmışdı. Polis uşağın sözügedən videoların birindən təsirlənmiş ola biləcəyini açıqladı.

Sao Paulo Universitetinin Tibb Fakültəsinin dekanı Entoni Vonq yüksək miqdarda spirt daşıdığı üçün xüsusilə dezodorant oyununun çox təhlükəli olduğuna diqqət çəkib. Vonq, "spirtin dərəcəsi 70-90% arasında dəyişir. Viskidən daha yüksəkdir. Nəfəsi içinə çəkəndə spirt yüksək nisbətdə sorulur ki, bu da boğazda yanma və ani ürək dayanmasına səbəb olur", - deyə bildirib.

Uşaqların necə qorunacağına dair "DimiCuida"dan Vaskonselos, "uşaqlar rəqəmsal dünyada doğulub və analar, atalar uşaqlarının internetdə nə etdiyini dərk edənə qədər, uşaq həmin videolara baxmış olur", - deyə bildirib.

Vaskonselos bəzi sosial media əməliyyatlarının yaş xəbərdarlıqlarının da nəzərə alınması lazım olduğunu söyləyib: "Məsələn, Whatsapp 16 yaşından, Facebook da 13 yaşından aşağılara uyğun deyil."

FaktXəbər

Xəbər lenti