Xəzər Xəbər

Qlobal fəlakətlə bağlı qorxulu proqnozlar

Dünya | 16:26 • 13 Fevral 2018
Qlobal fəlakətlə bağlı

Amerikalı alimlərdən ibarət qrup dəniz səviyyəsinin yarım metrdən çox qalxmasına görə XXI əsrin sonunda bütün dünyanın sahilyanı şəhərlərinin su altında qalacağını bildirib.

Alimlərin məqaləsi "Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Mütəxəssislər dəniz səviyyəsinin artımını qabaqcadan xəbər verən iqlim modelləri hazırlamaq üçün son 25 il ərzində peyklər vasitəsilə toplanan məlumatları təhlil edib.

Məlum olub ki, 1993-cü ildən bəri dünya okeanında su səviyyəsinin qalxmasıəlavə olaraq ilə 0.084 millimetrəqədər sürətlənib. Bu müddət ərzində orta artımın ilə 2.9 millimetr olduğunu nəzərə alsaq, 2005-2100-cü illərdə su səviyyəsibu sürətlə 65 santimetr qalxacaq.

Yeni tədqiqatda alimlərqlobal istiləşmə, buzların əriməsi, həmçinin vulkanların təsirilə əlaqədar okean tutumunun genişlənməsini qiymətləndirib.

Cənubi Florida, Banqladeş, Şanxay və Vaşinqtonun bir hissəsini su altında qoyacaq daşqının əsas səbəbiqlobal istiləşmənin təsiri altındaQrenlandiya və Antarktidadakı buzlaqların sürətlə əriməsidir./oxu.az

Xəbər lenti