Xəzər Xəbər

Fransada bir nəfər qızılca xəstəliyindən ölüb

Dünya | 15:31 • 13 Fevral 2018
Fransada bir nəfər qızılca xəstəliyindən ölüb

Fransada qızılca xəstəliyi yayılıb.

APA-nın "France 3 Nouvelle Aquitaine” telekanalına istinadən verdiyi xəbərə görə, Fransanın Yeni Akit bölgəsində bir nəfər qızılcadan dünyasını dəyişib, 200 nəfər isə bu infeksiyaya yoluxub.

2017-ci ilin noyabr ayından fevralın 6-dək ümumilikdə Fransa üzrə 213 nəfər bu infeksiyaya yoluxub. İnfeksiyaya yoluxanlardan 57 nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər lenti